Elan Sərgilər "Dis Place" adlı fərdi sərgi
"Dis Place" adlı fərdi sərgi

YARAT Müasir İncəsənət Məkanı, sizi kolumbiyalı rəssam Oskar Murillonun "Dis Place" adlı fərdi sərgisinə dəvət edir. Parça, rəsm, heykəl və video əsərləri ilə yanaşı, yenicə işıq üzü görmüş silsilə əsərlərin daxil olduğu bu sərgi, rəssamın spesifik coğrafi kontekst çərçivəsində istehsal strukturlarını əhatə edən geniş konseptual dialoqların araşdırılması vasitələri qismində müxtəlif materiallara bağlılığını davam etdirir. Sərgidə nümayiş etdirilən elementlərin əksəriyyəti, rəssamın hazırkı sərginin astanasında Azərbaycanda ayrı-ayrı şəxslər və icmalar ilə gözlənilməz görüşləri nəticəsində yaradılıb. Rəssamın Azərbaycanın qədim şəhərlərindən, Qafqazın ətəyində yerləşən, tarixi İpək Yolunun üzərində ən vacib məntəqələrdən biri Şəkidə ipək parça istehsalı kombinatının (Şəki İpək Kombinatı) bacarıqlı işçilərindən ibarət icması ilə əməkdaşlığı sərginin başlıca aspektini təşkil edir. Oskar Murillo, regionda hələ də istifadə edilən və Şəkinin məşhur Xan Sarayında rast gəlinən, orta əsrlərin naxışlı şüşə şəbəkə texnikası üzərində geniş miqyaslı əsərlər silsiləsini yaratmaq üçün, yerli peşəkar sənətçilər ilə də yaxından əməkdaşlıq edib. Rəssam, zərif şüşə materialını, kombinatın həyətindən tapdığı metal tullantılarının qırıntıları ilə əvəz etməklə, orijinal estetika ilə "oynayır" və poetik şərq dizaynına "siyasi ölçülər" də əlavə edir. Murillo özünün və digər xalqların mədəni irsinə müraciət etməklə, müntəzəm olaraq cəmiyyət və miqrasiya problemlərini araşdırır. Şəki İpək Kombinatının heyəti və şəhər icması nümayəndələri ilə apardığı müzakirələrin və əməkdaşlığın məntiqi nəticəsi olaraq, rəssamın seçdiyi materiallarda özünü büruzə verir və kombinatın istehsal məkanı kimi yenidən canlanmasında imkan yaradır.

Rəssam haqqında:

Oskar Murillo 1986-cı ildə Kolumbiyada anadan olub. 2007-ci ildə Londonun Vestminster Universitetini təsviri incəsənət üzrə bakalavr dərəcəsi ilə bitirib. 2012-ci ildə isə London Kral İncəsənət Kollecini təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. Onun rəsm, video əsərləri və tamaşaları London, habelə hazırda yaşayıb-yaratdığı doğma La Payla (Kolumbiya) şəhəri ilə mədəniyyətlərarası əlaqələrindən qaynaqlanan icma anlayışı ilə sıx bağlıdır. Murillonun əsərləri dünyanın bir çox tanınmış məkanlarda sərgilənib. 2015-ci ildə Alexander Hamilton U.S. Custom House (Nyu-York) ("Performa 15" Biennalesinin bir hissəsi), Museo de Arte de la Universidad Nacional de Colombia (Boqota) və Centro Cultural Daoíz y Velarde (Madrid) ("ArcoColombia 2015" Müasir İncəsənət Yarmarkasının bir hissəsi) onun fərdi təqdimatları baş tutub. Bu ilin əvvəlində, Murillonun əsərləri Çində 2-ci Hançjou Lif Sənəti Triennalesi və Yaponiyada 3-cü Aiçi Triennalesində ("Homo Faber: Yaponiyada Göy Qurşağı Karvanı") sərgilənib. Halhazırda, rəssam Koreyada 5-ci Anyanq Pablik Art Layihəsində (APAP) iştirak edir.

Sərginin kuratoru Suad Qarayeva-Malekidir

Sərgi: Dis Place

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydana yaxın, Bayıl, AZ1003)

Tarix: 11 noyabr 2016 – 29 yanvar 2017

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 11:00 - 20:00

Giriş sərbəstdir.




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.