Əziz dostlar,Bu şənbə günü uşaqlarınızı “Balaca YARAT” layihəsi çərçivəsində baş tutacaq ustad dərsinə dəvət edirik. Bu dəfə onlara sulu boya ilə işləmə üsullarını gənc və istedadlı rəssam Ülkər Süleymanlı öyrədəcək. Sulu boya zəngin rəng çalarlarına görə rəssamlar tərəfindən xüsusi ilə sevilir. Bizim dərsimiz yeni başlayanlara sulu boya texnikasını addımbaaddım oyrədəcək. Bu texnika ilə tanış olanlar isə, bacarıqlarını daha da inkişaf etdirəcəklər.
Yaş məhdudiyyəti: 12-19 yaş.
Tarix: 10 Dekabr, 16:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Öncədən qeydiyyat vacibdir.
Əlaqə nömrəsi: +994 (50) 218 0629
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.