Elan Konsertlər Freestyle: RADIO VIDEO Live Concert
Freestyle: RADIO VIDEO Live Concert

Sizi YARAT Mərkəzinin səhnəsində keçiriləcək RADIO VIDEO qrupunun konsertinə dəvət edirik! RADIO VIDEO qrupu 2011-ci ilin ortalarında Bakı şəhərində yaradılıb. Qrupun adı isə yaradıcılıq prosesi zamanı qoyulub və yalnız kommersiya maraqlarını güdürdü. İlk öncə musiqiçilər özləri tərəfindən improvizasiya olunmuş məşhur trekləri ifa edirdilər, daha sonra repertuarlarına bəstələdikləri kompozisiyaları da daxil etdilər. Qrup öz musiqisində cavabsız qalmış məhəbbət mövzusunu və həyatın qeyri-müəyyən elementlərinin incə müşahidələrini birləşdirir. Repertuarlarında indi-rok, ambiens və hərdən rok kompozisiyalarına üstünlük verirlər.

Roman Şulqa – vokal, gitara
Mişel Hop – vokal
Zakir Qasımov – gitara 
Dmitriy Tur – baraban, perkussiya
Andrey Kudinov – bas-gitara

Tarix: 22 Deyabr 2016 
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığı)
Giriş sərbəstdir




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.