Elan Konsertlər Sehrli etno-musiqi gecəsi
Sehrli etno-musiqi gecəsi

 “Les Gardiens Du Silence” (“Sükutun mühafizəçiləri”) qrupu Sizi sehrli etno-musiqi gecəsinə dəvət edir. Tədbir "Nəfis obyektlər" kurator layihəsi çərçivəsində həyata keçirilir. 

"Nəfis obyektlər" - gender problemləri ilə bağlı dialoqa dəvət edən performanslar silsiləsidir. Bu layihə, qadının müasir cəmiyyətdə roluna ünvanlanır. Bu kurator layihəsi, kişilər və qadınlar arasında münasibətləri formalaşdıran əzəli və çağdaş vəziyyətləri araşdırır. Sözügedən layihə gender münasibətləri haqqında fundamental sualları qaldırır, insan təbiəti haqqında fəlsəfi ehtimalları təhlil edir və daha geniş bərabərliyi və qarşılıqlı anlaşmanı bir araya gətirən yeni sosial təcrübələrin mümkünlüyünü nəzərdən keçirir. Gender bərabərliyi məsələsi bir sıra qadın ifaçılar tərəfindən qabardılır və dəstəklənir.

Bu dəfəki tədbir qadının müasir cəmiyyətdə rolunu və qadının daim ikinci planda qalmağı məsələsini diqqətə çatdırır. Qrupun vokalçı ifaçısı musiqiçilər çevrəsində yox, ayrıca çıxış edəcək. Beləliklə o, ictimaiyyət modeli ilə qadının o modeldə statusunu müqayisə edir.

Musiqiçilər hüdudsuz duyğu ab-havası yaradaraq Sizi akustik embientin sirli dünyasına aparacaqlar. “Oxuyan” alətlərin saflaşdırıcı vibrasiyaları və hipnotik baraban ritmi sizləri biganə qoymayacaq!

Layihənin kuratoru – Lana Sokolova

Kitaru Lina Oçimara – vokal və fizqarmon
Səda Həsənova – qanun
Aydan (Villi) – hapi (zərb) və reynstik
Vyaçeslav Lizunov – akustik qitara
Ramirez – weedy grooves
Dinara - qaval
Elmar Hüseynov – dəmir qopuz 

Tarix: 30 yanvar, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.




Konsertlər
Bilet: Бесплатно YARAT Contemporary Art Center




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.