Elan Konsertlər Milli musiqi konserti
Milli musiqi konserti

YARAT Freestyle Sizi milli musiqi konsertinə dəvət edir! Konsert proqramı kamança ifaçısı Cahandar Mikayılov və nağara ifaçısı Soltan Əliyev tərəfindən hazırlanıb. Cahandar Mikayılov 1994-cü ildə anadan olub. 2013-cü ildə Asəf Zeynallı adına Musiqi kollecinin “Xalq çalğı alətləri” bölməsinin “Kamança” sinfini bitirib. O, bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişdi, o cümlədən: Türkiyənin Ankara, Trabzon, Giresun və Ordu şəhərlərində, İtaliyanın Roma və Komo şəhərlərində, İran, İspaniya və Rusiya.

Soltan Əliyev 1983-cü ildə anadan olub. 2002-ci ildə Asəf Zeynallı adına Musiqi kollecinin “Xalq çalğı alətləri” bölməsinin “Nağara” sinfini bitirib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək 2008-ci ildə bakalavr və 2010-cu ildə isə magistr dərəcəsinə yiyələnib. Soltan Əliyev bir sıra xarici qastrollarda Azərbaycan musiqi sənətini məharətlə təmsil etmişdir. Hal-hazırda AMEA Folklor İnstitutunda çalışır.

Tarix: 20 Aprel, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir




Konsertlər
Bilet: Бесплатно YARAT Contemporary Art Center




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.