Elan Konsertlər YARAT Təhsil: Radio Günü
YARAT Təhsil: Radio Günü

Mayın 5-i saat 19:00-da YARAT Müasir İncəsənət Məkanı Asan Radio ilə birgə Radio Günü keçirir. Həmin gün bütün Azərbaycan radio kanalları YARAT Müasir İncəsənət Mərkəzində toplaşacaqdır. Azərbaycanda radionun keçmişi, bu günü və gələcəyi mövzusunda müzakirələr aparılacaqdır. Eyni zamanda xüsusi qonaqlar Faiq Ağayev, Samirə Əfəndi, Azad Şabanov, Rilaya və Zamiq Hüseynovun ifaları gecəyə rəng qatacaqdır. Tədbirin aparıcısı Sənandır. 

Həmçinin tədbir zamanı YARAT Mərkəzində sərgilənən Orxan Hüseynovun “Əziz Sevgilim” adlı sərgisi ətrafında müzakirələr baş tutacaqdır.

Giriş sərbəstdir, lakin yerlərin məhdud olmasını nəzərə alaraq, qeydiyyatdan keçmək önəmlidir: +994 50 246 9292




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.