Elan Konsertlər Meray Kerinin konserti
Meray Kerinin konserti

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) xəbər verir ki, mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə malik Meraya Keri 25 paytaxtımıza toplaşacaq avtoidman həvəskarları üçün Azərbaycan Qran-prisinin podium mərasimindən sonra Dənizkənarı Milli Parkda yerləşən böyük səhnədə ən sevilən ifalarını səsləndirəcək.

Karyerasının zirvəsində olduğu dövrdə Las-Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya təşrif buyuracaq dünya ulduzu yarış başa çatdıqdan sonra Formula-1 azarkeşlərinə unudulmaz anlar yaşadacaq. Müğənnilik karyerasında ifa etdiyi möhtəşəm mahnıları ilə ABŞ-da 18 dəfə ən yüksək pillədə yer alan Meraya Keri Bakıda ona dünya şöhrəti qazandırmış "Hero", "Fantasy", "Always Be My Baby", "We Belong Together" və mahnılarını səsləndirəcək.

Dünya pop-ulduzu Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Meraya Keriyə ABŞ-da "Nömrə-1" ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. "Fantasy", "Always Be My Baby", "Hero", "Touch My Body", "One Sweet Day" və "We Belong Together" kimi mahnıların sözlərini yazan Meraya Keri öz mahnıları ilə dünya şöhrəti qazanmış ən məşhur solo ifaçı hesab olunur.
Sahib olduğu bənzərsiz səsi və peşəkar yanaşması ilə Meraya Keri müasir pop müsiqisinə yeni çalarlar gətirib. İfaçı mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə "Grammy", 21 dəfə Amerika musiqi, "Billboard"ın "Son onilliyin ən yaxşı müğənnisi" mükafatlarına, "Minilliyin ən çox mahnı satan qadın müğənnisi" ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə "BMI"in "İkona" mükafatına layiq görülüb.

Meraya Kerinin mahnıları dünyada hər zaman ən çox dinlənənlər arasında yer alıb və onun verdiyi konsertlərdə hər dəfə tamaşaçılar arena və stadionlar azarkeşlərlə dolu olub. Sahib olduğu hərtərəfli istedadı ona dünya miqyasında milyonlarla azarkeş qazandırıb və o, bu özəllikləri ilə musiqi dünyasına mükəmməlliyə dair yeni standartlar gətirən sənətçi kimi tarixdə adını yazdırıb.

Amerikalı müğənninin şöhrəti sadəcə musiqi ilə məhdudlaşmır. O, həm də kino sahəsində şəxsi bacarıq və qabiliyyətlərini sınayıb. İndiyədək bir sıra filmlərdə, o cümlədən "Precious" (2009) və "The Butler" (2013) filmlərində rol alıb, "A Christmas Melody" (2015) televiziya filmində isə rejissorluq edib.

Meraya Keri öz vaxtı və enerjisini xeyriyyə məqsədilə keçirilən bir sıra işlərə də həsr edib. O, "Save the Music", "Make-A-Wish Foundation", "World Hunger Relief" və "Elton John AIDS Foundation" kimi müxtəlif fondlar üçün xeyriyyə məqsədilə konsertlər verib. O, "Fresh Air" Fondu ilə birlikdə ağır şərait içərisində yaşayan uşaqların gələcək karyeralarının düzgün istiqamətdə qurulmasına dəstək göstərən "Camp Mariah" proqramını təsis edib.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Meraya Kerinin Bakı konserti barədə danışarkən deyib: "Biz musiqi tarixində böyük uğur qazanmış xanım müğənnini Bakıda baş tutacaq ikinci Formula-1 yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Keri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsə malik məşhur ifaçıdır. Onun ən çox sevilən mahnılarını ifa edəcəyi konsert proqramında iştirak etmək həqiqətən də böyük bir ayrıcalıqdır və bu tədbir mövsümün ən möhtəşəm və ən baxımlı Formula-1 həftəsonunu ən gözəl şəkildə yekunlaşdıran mükəmməl bir final olacaq. Biz bu tədbiri bütün dünya ilə birlikdə yüksək səviyyədə qeyd etməyə hazırıq və hamını bu yay Bakıda bizimlə birgə olmağa çağırırıq".




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.