Elan Konsertlər Ülviyyə Rəhimovanın konserti
Ülviyyə Rəhimovanın konserti

Dostlar! 2 iyun sizi sevimli caz ifaçısı Ülviyyə Rəhimovanın konsertinə dəvət edirik. İstedadlı müğənni, bəstəkar və şairə, özmahnılarının müəllifi, gözəl insan və sadəcə gözəl xanım Ülviyyə Rəhimova Avropaya köçəndən sonra belə öz bakılı pərəstişkarlarını tez-tez sevindirir.
Solo konsert çərçivəsində Azərbaycan Cazının yeni dalğasının ulduzu Azərbaycan, rus və ingilis dilində özünün yazdığı yeni mahnıları ilə yanaşı dünyaca məşhur hitləri tamamilə yeni səslənmədə ifa edəcək.
Sizi 90 dəqiqə əla musiqi və yüksək əhval-ruhiyyə gözləyir.
Biletləri şəhərin bütün kassalarından və Boulevard Hotel Baku Autograph Collection-dan əldə edə bilərsiniz.

Biletlərin qiyməti:
- 20 AZN (ayaqüstü yerlər)
- 50 AZN (orta sıradan oturaq yerlər)
- 100 AZN (VİP oturacaqlar + Welcome drink)
Tədbir Boulevard Hotel Baku-da dənizə ecazkar mənzərəsi olan VİP terrasda keçiriləcək.
Ətraflı məlumat almaq üçün zəng edin: (+994 50) 414 41 14.




Konsertlər
Bilet: 20, 50, 100 AZN




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.