Elan Uşaqlar üçün “Sağ ol, məktəb!” festivalı
“Sağ ol, məktəb!” festivalı

“Sağ ol, məktəb!” festivalı tədris ilinin yekunlaşması və yay tətilinin başlanğıcına həsr olunmuş tədbirdir. Tədbirin mövzusu YARAT mərkəzində yeni təqdim olunmuş – “Qazaxıstan üzərində günəş və neonlar” adlı sərgisi ilə bağlıdır.
Tədbirdə incəsənəti kəşf etmək məqsədi ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş mövcud sərginin interaktiv ekskursiyası, aktyorluq, heykəltəraşlıq, rəssamlıq və açıqca hazırlamaq üzrə ustad dərsləri baş tutacaq.

YARAT Mərkəzi 10 İyun (şənbə) və 11 İyun (bazar günü) bütün qonaqları gözləyəcək.
Festivalda keçirilən tədbirlər silsiləsi birinci gün 3 dəfə, ikinci gün 2 dəfə təkrarlanacaq. Festivalın hər günü əyləncə proqramı ilə yekunlaşacaq.

Tədbirlər silsiləsinin proqramı:
•    “Yaxından bax” ekskursiyası
•    Teatr üzrə ustad dərsi
•    “Babil qülləsi” yaradıcılıq ustad dərsi
•    Heykəltəraşlıq üzrə ustad dərsi
•    “Gələcəyi təsvir et!” rəssamlıq üzrə ustad dərsi
•    Açıqcanın hazırlanması
Birinci gün:
1.    10:00 – 12:30
2.    13:00 – 15:30
3.    16:30 – 18:30
4.    19:00 - Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin çıxışı.
İkinci gün:
1.    10:00 – 12:30
2.    13:00 – 15:30
3.    17:00 - Gənc vokalçıların konserti (rəhbər Dmitri Babayev)
4.    19:00 – “Trio” tədris, incəsənət və idman mərkəzinin çıxışı

İştirak qaydaları
Giriş biletlərini ən azı 3 gün öncədən YARAT Mərkəzindən ödənişsiz olaraq əldə etmək
Biletdə qeyd olunan saatdan ən azı 15 dəqiqə öncədən YARAT Mərkəzinə gəlmək
Bileti olmayan şəxslər tədbirə daxil ola bilməyəcəklər

 




Uşaqlar üçün




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.