Dənizkənarı bulvar
Bakı dənizkənarı bulvarı -Bakının gəzməli yerlərindən, bakılıların və şəhərin qonaqlarının sevimli yerlərindən biri. 2009-cu ildə bulvar özünün 100 illiyini qeyd etdi. Hal-hazırda parkın uzunluğu 3 km 700 metrdir, əsaslı yenidən bərpadan sonra 25 km olacaq.
2007-ci ildə Dənizkənarı parkda, "Azneft" meydanının qarşısında dünyada analoqu olmayan musiqili fəvvarənin açılışı oldu. 2008-ci ildə Hökümət Evinin qarşısında ikinici fəvvarənin tikilişi başa çatdı. Keçmiş Bakı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmiş 15 attraksion, "Mirvari" kafesi, "Bahar" kinoteatrı, yay uşaq teatrı və paraşüt qülləsi yeniləndi və bərpa edildi.
2008-ci ildə prezidentin fərmanı ilə Dənizkənarı parkın əsaslı bərpasına başlanıldı və Bakı şəhəri meriyası tərəfindən 500 milyon ABŞ dolları ayrıldı. Dənizkənarı parkın ərazisi beş dəfə böyüdüləcək. Onun uzunluğu dəniz voğzalından Zığ qəsəbəsinə və Əl oyunları sarayından Bibi-Heybət Məsçidinə qədər uzadılacaq. İrimiqyaslı bərpa işləri 2015-ci ildə başa çatacaq.