Xaqani bağı (Molokan bağı)
Karqanov, Xaqani, Qoqol, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən bağı təsadüfi olaraq Molokan adlandırmayıblar. 19-cu əsrdə bağı bütün tərəflərdən müxtəlif qəzalardan mal gətirən molokanların tez-tez qaldığı karvan-saraylar əhatə edirdi. Yaxın küçələr, döngələr, həyətlər çəllək emalatxanaları ilə örtülmüşdü. Üfunətli sular, dizə qədər qalxan palçıq xəstəlik və epidemyaya səbəb olurdu.
Buna görə də 19-cu əsrin 70-ci illərində rəhbərlik bu yerdə bağ salmaq qərarına gəldi və bura Molokan meydanı adlandırıldı. Mərkəzi (burjaziya) məhəllələrin tikilməsi ilə əlaqədar olaraq Molokan qəsəbəsi öz həyəti və tövləsi ilə birlikdə köçürüldü, molokanlar isə tamamilə yeni rayon -Zavağzala köçürüldü.
Gözəl şəraitdə inkişaf edən Sisianov bağının ardınca salındığına görə bağ su çatışmazlığından və şəhər rəhbərliyinin diqqətsizliyindən inkişafdan qalırdı. Bağ sıx məhəllələrin əhatəsində yerləşirdi. Bağın planını mərkəzdə kəsişən qarşılıqlı perpendikulyar və dioqanal xiyabanlar düzəldirdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Molokan bağı 9 yanvar adlandırıldı, sonra isə bağa Həşim Əliyevin adı verildi. Hazırda bağ Xaqaninin adını daşıyır.
Müharibədən sonra bağ iki dəfə bərpa edilib. Memarlıq-lantşaft kompozisiyasının əsası "Üç gözəl" heykəlllər qrupu ilə əyrixətli formalı hovuzdan ibarətdir. Pyedestal olaraq heykəltaraş təbii daşlardan istifadə edib.
Bağın ölçüsünə görə çox kiçik olmasına baxmayaraq (təxminən 0,8 ha) o, kifayət qədər rahatdır və bakılıların sevimli istirahət yeridir.



