Dağüstü park
3 şəkil
Dağüstü park şəhərin mərkəzində yerləşir və onu mərkəzlə funikulyor birləşdirir. Dağüstü parkdan şəhərə və Bakı buxtasına ecazkar panorama açılır. Park ölkədə ən yaxşı parklardan biridir və memarı L.İlin tərəfindən ustalıqla istifadə olunan relyefinin xüsusiliyi ilə fərqlənir. Gəzinti xiyabanlarının pilləkan və panduslar vasitəsilə birləşdirilməsi və mənzərəli meydançaların əlverişli yerləşdirilməsi Bakı körfəzinə valehedici mənzərə açılmasına şərait yaradır.