Fəvvarələr meydanı
Forştadlarda meydanların sıx salınması şəhərin sosial-iqtisadi həyatından asılıdır. 19 əsrdə şəhərin mərkəzində Parapet adlanan bağ salındı, onu həm də Faydasız bağ adlandırırdılar. Bu bağ öz adı ilə üst-üstə düşürdü. Burada kiçik kola bir işarə də yox idi. 1860-cı ilin əvvəllərində esplanadada olan meydan Bakının iş və ictimai mərkəzinin təşkilati elementinə çevrildi.
Park ətrafındakı əksəriyyəti memar Qasımbəy Hacıbababəyovun yaradıcılığına aid olan ikimərtəbəli karvan -saray (hazırda "Araz" kinoteatrı və Nizami muzeyi), özü üçün yaşayış evi, "Qrand-otel" və "Metropol" mehmanxanasının olmasına baxmayaraq meydanda memarlıq kompozisiyalarının mərkəzi olacaq əsas yer tutan iri tikili yox idi.
Növbəti əsrin başlanğıcında burada sadə bağ yarandı. Solğun yaşıllıq, müntəzəm planlaşdırılma, ifadəsiz hasarlama bağa narahat görkəm verirdi. Bakılılar buranı istehza ilə "quru" bağ adlandırırdılar. Sonralar digər şəhər bağlarının yaradılmasından sonra XIX əsrin sonunda şəhər rəhbərliyi tərəfindən bağın yaşıllaşdırılmasına diqqət zəiflədi.
1950-ci illərdə bərpa nəticəsində bağ geniş, yaşıllaşdırılmış meydana çevrildi. 1984-cü ildə bağın bərpasının yeni etapı başladı və bağı yaşıllığının tərkibi dəyişdirildi. Fəvvarələr bağın ayrılmaz hissəsinə çevrildi və məhz buna görə də "Fəvvarələr meydanı" adlandırılmağa başladı.
2010-cu ildə Fəvvarələr meydanı yenidən bərpa edildi və tamamilə dəyişdirildi.