Qubernator bağı
Qubernator bağı Bakının ən qədim bağı hesab edilir. Onun ərazisi 4.5 hektar təşkil edir və ötən əsrin 30-cu illərində şəxsi bağların yerində salınmışdır. Uzun müddət Qubernator bağı şəhərdə yeganə bağ olub.
Şəhərin komendatı Lənkərandan və İrandan Bakıya gələn kapitanlara və sahibkarlara bağ təməli qoyulması üçün bir neçə kisə qaratorpaq gətirməyi əmr etdi; əmri yerinə yetirməyəni böyük cərimə gözləyirdi. İlk növbədə tut ağacı, qarağac, şam, akasiya əkildi. Çiçəkliklər salındı. Yerli ağaclardan başqa, digər ölkələrdən ağaclar gətirilirdi.
Ötən əsrin 60-70-ci illərində Qubernator bağının ərazisi xeyli böyüdüldü, bir neçə onilliklər keçdikdən sonra isə burada dekorativ ağaclar və kollar əkildi, rəqs meydanı, hovuz, çardaq, meydançalar düzəldildi. Bağ göz önündə gözəlləşirdi. Sadə şəhərlilər üçün bağa giriş həftənin bir günü məhdudlaşdırılmışdı. Lakin yüksək vəzifəli şəxslər və neft milyonerləri üçün qapılar həmişə açıq idi.
Bağ bərpa edilib və buraya sevgililər, analar öz uşaqları ilə və s. istirahətə gəlirlər. Köhnə saat təmir edilib və indi vaxtı düzgün göstərir. Hazırda Qubernator bağında kafe də fəaliyyət göstərir.