Sabir bağı
8 şəkil
M.Ə. Sabirin adını daşıyan park şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində yerləşir. Parkda Sabirin heykəli 1958-ci ildə ucaldılıb. Heykəltaraş D. Qaryağdı, memar -Q.Əlizadə və A. İsmayılovdur. İlk abidə 1922-ci ildə heykəltaraş Yakov Keylixis və memar Y.Sırışev tərəfindən hazırlanmışdı. Bir neçə müddət keçəndən sonra abidəni dəyişmək qərarı alındı və 30 aprel 1958-ci ildə Mirzə Ələkbər Sabirin yeni heykəlinin təntənəli açılışı oldu. Sabir parkı bakılıların sevimli istirahət yerlərindən biridir.