Səməd Vurğun bağı
5 şəkil
Paytaxtımızın ən qədim parklarından biri Dəmir yol Vağzalı yaxınlığında yerləşən S.Vurğun adına parkdır. 1961-ci ildə parkda S.Vurğunun heykəli ucaldılıb. Heykəltaraş -F.Əbdürrəhmanov, memar -M.Hüseynov. Bu, keçmiş SSRi-də ədəbiyyat xadiminə ölümündən dərhal sonra düzəldilən ilk abidə oldu. Parkın sahəsi böyükdür və burada bir neçə fəvvarə var.



