Luna Park
Luna Parkda gözəl istirahət guşələri, dünya və Avropa standartlarına uyğun quraşdırılmış, İtaliyadan gətirilən və nəinki Respublikamızda bir çox MDB dövlətlərində analoqu olmayan "Amerika təpəciyi", "Mono-Rail", attraksionları "Viking", "Ranger", "Skuter", "Qalaktika", "Avtodrom", "Qu-Quşu", "Səma", "Günəş", "Qatar", "Kastello", "Dəvələrin yarışı" və s. attraksionlar var. Həmçinin burada şən oyun avtomatları, fotostudiya, yüksək səviyyədə hazırlanmış milli yeməklər, sərinləşdirici içkilər, dondurmalar təklif edən yay kafeləri fəaliyyət göstərir. Parkda istirahət və bayram günlərində konsertlər və şou proqramların keçirilməsi, əhalinin asudə vaxtlarından səmərəli istifadə etmələri və istirahətləri üçün nəzərdə tutulmuşdur. Biz əminik ki, siz "Luna Park" ailəvi mədəni-istirahət mərkəzinə bir dəfə gəldikdən sonra, buranın sizin üçün ən yaxşı istirahət məkanı olduğuna əmin olacaqsınız.