Fizuli parkı
6 şəkil
Fizuli parkı Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısında salınıb. Yenicə bərpa edilmiş parkda 1962-ci ilin 2 iyun tarixində təntənəli açılışı olan Fizulinin heykəli yerləşir. Heykəltaraşlar -T.Məmmədov və Ö.Eldarov, memar -Q.Muxtarov. Abidə tuncdan hazırlanıb və qranit pyedestalın üzərində qurulub. Bu işə görə heykəltaraşlar -Tokay Məmmədov və Ömər Eldarov SSRi Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüblər.