Əlişir Nəvai adına park
6 şəkil
Əlişir Nəvai adına park Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçələrinin kəsişməsində yerləşir. Parkın ərazisi 2 min kvadrat metrdir, burada qazonlar salınıb, dekorativ kollar əkilib. Yaşlllıqlara yeni su xətti çəkilib. Abidə xüsusi işıqlandırma sistemi ilə işıqlandırılır. Əlişir Nəvainin parkda ucaldılan heykəli Özbəkistanda yerli heykəltaraşlar tərəfindən yaradılıb, postament isə mərmərdəndir, Azərbaycanda hazırlanıb. Abidənin hazırlanmasına 9 ton tunc sərf edilib. Abidənin 11 sentyabr 2008-ci ildə baş tutan rəsmi açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov iştirak etmişlər.



