Dafne by Dalida
7 şəkil
Bir müddət öncə paytaxtımızda yeni və hər kəsin ürəyincə ola biləcək "Dafne by Dalida" restoranı açıldı. Restoran Nasimi Park Center-in sonuncu mərtəbəsində yerləşir. Zalın ahəngdarlığı və açıq terras dəbdəbə və zəriflik bəxş edir. Bağlı zalın interyeri tünd qırmızı -qəhvəyi tonlarda rənglənib və şübhəsiz bayram qeyd etmək, banket keçirmək üçün uyğundur. Restoranın açıq terrası isə isti Bakı axşamlarını keçirmək üçün nəzərdə tutulub. Özünüzü rahat və komfortlu hiss edəcəksiniz. Buradan Bakının ən qaynar küçəsinə gözoxşayan mənzərə açılır. Qeyd edək ki, burada mətbəx zəngindir. Qonaqlara milli yeməklərlə yanaşı avropa və aralıq dənizi mətbəxindən yeməklər də təklif edilir.


