Fotoreportajlar
Denis Matsuyev
8 aprel tarixində dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın xalq artisti, YUNESKO-nun Xoşməramlı səfiri – Denis Matsuyev Heydər Əliyev Sarayının səhnəsində solo praqramı ilə çıxış edəcək. Denis Matsuyevın adı rus fortepyano məktəbinin ənənələri ilə, konsertlərin dəyişilməz keyfiyyəti, yaradıcılıq konsepsiyalarının yeniliyi və bədii interpretasiyaların dərinliyi ilə ayrılmaz surətdə bağlıdır. Onu haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri adlandırırlar.