Fotoreportajlar
Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığ
Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı daha yaxşı həyat axtarışında Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar? Germanaijan sərgisində tarixi materiallarla birlikdə müəllif layihələri də təqdim edilir - müasir sənədlərlə əsaslandırma və bədii müdaxilələr - Kseniya Fink (Almaniya), Çinarə Məcidova (Azərbaycan), Thomas Marsden (Böyük Britaniya), Leyli Salayeva (Azərbaycan) və Samir Salahov (Azərbaycan).