El Terrace & Lounge
5 şəkil
EL restoranı - Azərbaycan qonaqpərvərliyi qorunub saxlanan, qeyri-adi rahatlıq ab-havası olan, milli mətbəx restoranıdır. El restoranında yeməklər ekoloji təmiz məhsullardan hazırlanır, bütün tərəvəz və meyvələr öz bağlarında becərilir, heyvanlar öz fermalarında bəslənir, hətta çörək də Fransadan gətirilmiş unla öz fabriklərində hazırlanır. 200-250 adamlıq banket zalında ad günləri, toy mərasimləri keçirə bilərsiniz. Tezliklə restoranın yay terrası, açıq havada laundj açılacaq. Burada restoranımızın rezidenti DJ JAFF-ın musiqi sədaları altında qəlyandan zövq alacaqsınız. Səxavət və bolluq -El restoranının ən yaxşı ənənəsi budur!