Garage Iskender
Garage Iskender artıq Bakıda! 2012-ci ildə Bakı şəhərində İçərişəhərdə açılan - “Garage İskender” restoranımızda bu 150 illik məşhur ləzzətin əsl dadını qoruyaraq və ən keyfiyyətli məhsullardan istifadə edərək Azərbaycanda Sizə təklif edirik.
Əsl ləzzət belə hazırlanılır!
“Garage İskender” də təzə kəsilmiş dana və quzu ətləri təmizlənərək xüsusi hazırlıqlardan keçirilib batona düzülür. Kömürlü ocaqda ləzzət ilə bişirilir. Manqal közündə qızardılmış pidelərin üstünə ətlər düzülür. Xüsusi kərə yağlı sous əlavə edildikdən sonra qatıq və közdə bişmiş badımcanla birlikdə servis olunur.
“Garage” konseptində dizayn etdiyimiz müasir və xoş restoranımızda ən əsas məqsədimiz dadına heç yerdə rast gələ bilməyəcəyiniz İskəndər Kababımızı gülərüz personalımızın yüksək xidmətli təqdimatında Sizə təqdim etməkdir.
“İskəndərin Dönər Kababı”nın əsl ləzzət və həzzini dadmaq istəyən hər bir kəs İçərişəhərdə yerləşən “Garage İskender” restoranımıza dəvətlidir.


