Fotoreportajlar
"Ağdam -Qafqaz Xirosiması və Ruhlar Şəhəri" foto -sərgisi
23 iyuldan 30 iyula qədər Azərbaycan Rəssamlar Birliyinin sərgi salonunda "Ağdam -Qafqaz Xirosiması və Ruhlar Şəhəri" foto -sərgisi keçiriləcək. Sərgi "İnam" Plüralizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təşkil edilib. Sərgidə Ağdamın işğalına həsr olunmuş 60 -dan çox iş və Ağdam haqqında 8 dəqiqəlik qısametrajlı film təqdim olunacaq.


