“XX-XXI əsr Azərbaycan rəngkarlığı”
3 şəkil
“XX-XXI əsr Azərbaycan rəngkarlığı” sərgisi Dövlət Bayrağı meydanında yerləşir. Sərgi 8 iyun 2015-ci il tarixindən etibarən fəaliyyət göstərir və Heydər Əliyev Fondunun mədəniyyət sahəsində olan yeni bir layihəsidir.Yenitikili bina 2mərtəbədən ibarətdir.Ümumilikdə sərgidə 40 rəssamın 105 əsəri nümayiş olunur və ekspozisiya ölkə təsviri incəsənəti inkişafının yüzillik tarixini əhatə edir.O, özündə dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin,həm yarıunudulan sənətkarların,həm də müasir dövrümüzün ən qabaqcıl rəssamlarının əsərlərini əks etdirir.Sərgi realizm,modernizm,postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətləri özündə birləşdirmişdir.
Muzeyə giriş pulsuzdur.