Rus Dram Teatrı
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 1920-ci ildə yaradılmış, 1923 İldən Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərmişdir. 1937 ildən artıq Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956 -cı ildə teatra S.Vurğunun adı verilmişdir.
1925-30 illərdə teatrda "Lyubov Yarovaya" -K.Trenyov, 1926, "Qiyam" -B.Lavrenyov və s. tamaşaları səhnələşdirilmişdir. 1930-40 illərdə teatrın repertuarı "Don Karlos" F.Şiller, "Romeo və Cülyetta" V.Şekspir, "Canlı meyit" -L. Tolstoy və s.kimi əsərlər də nümayiş etdirilib. 50-ci illərdə "Aydın" -C.Cabbarlı, "Hamam" -V.Mayakovski və s. tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilmişdir. Repertuarda əsas yeri Azərbaycan dramaturqlarının pyesləri tutur ( C. Cabbarlı "Sevil" 1930, "Od Gəlini" 1933; S. Vurğun "Fərhad və Şirin" 1947; Qasımov "Xəzər üzərində şəfəq").