Nəriman Nərimanovun Xatirə Muzeyi
Azərbaycan xalgının görkəmli ictimai-siyasi xadimi, dramaturqu, publisisti, həkimi N.Nərimanovun xatirə muzeyi onun 1913-1918-ci illərdə Bakıda yaşadığı mənzildə 1977-ci ildə açilmışdır.
Muzeyin ekspozisiyası 96 kv.m. 4 otaqdan ibarətdir: yemək, qonaq, yataq otaqları və həkim kabineti. Muzeyin fondunda 5000-dən yuxarı eksponatlar, sənəd və materialların əsli, Nərimanovlar ailəsinin şəkilləri və s. qorunub saxlanılır. Bu ekspozisiyalar N.Nərimanovun gənclik illərini, borcalının Qızıl Hacılı kəndində müəllimlik illərini, 1891-ci ildə Bakıya gəldikdən sonra ictimai-siyasi fəaliyyətini, ədəbi yaradıcılığını əks etdirir.
ADR-in yaradılmasında və Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasında N.Nərimanovun bir dövlət xadimi və diplomat kimi fəaliyyəti onun həyatında vacib dövriərdən biridir.
Muzeydə müntəzəm olaraq Nəriman Nərimanovun xatirəsinə həsr olunmuş görüşlər keçirilir.