Cəlil Məmmədquluzadənin Ev Muzeyi
Azəbaycan xalqının görkəmli oğlu, yazıçı, dramaturq, xalq müəllimi, ictimai xadim C.Məmmədquluzadənin ev-muzeyi onun 1922-1932-ci illərdə Bakıda yaşadığı mənzildə Azərbaycan hökumətinin müvafıq qərarı ilə 1978-ci ildə yaradılmışdır.
Muzeyin ümumi sahəsi 185 kv.m-dir və beş zaldan ibarətdir. Bu otaqlarda C.Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən qiymətli və tarixi eksponatlar yerləşdirilir.
C.Məmmədquluzadə Şərqdə ilk satirik “Molla Nasrəddin” jurnalının yaradıcısı və 25 il redaktoru olmuşdur. Muzey fəaliyyətə başladığı ildən (1978-ci il) muzey fondunda ədibin və digər Mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 4 minə yaxın material toplanmışdır.
Hər il muzeyın eksponatlarına minlərlə tamaşaçı baxır. Burada C.Məmmədquluzadənin xatirəsinə həsr olunmuş ədəbi gecələr, xatirə günləri, disputlar, səyyar sərgilər təşkil olunur.