McDonalds
Qırxıncı illərin sonunda Dik və Mak Makdonald Kaliforniyada San Bernardinoda avtomobilistlər üçün öz balaca bir restoranlarını mükəmməlləşdirməyin yollarını axtarırdılar. Öz bizneslərini bir qədər dəyişmək əvəzinə onlar daha sürətli xidmət, aşağı qiymətlər və böyük həcmə əsaslanan tamamilə yeni konsepsiya yaratdılar. Sürətli qidalanma restoranı bir neçə onillik ərzində böyük populyarlıq əldə etdi. Hazırda Makdonalds bütün dünyada mövcuddur, ocümlədən bizdə də. Burada Makdonald qardaşlarının prinsipləri saxlanılıb: rəngarəng menyu, keyfiyyətli yeməklər və sürətli və gülərüz xidmət. Menyu kifayət qədər tez -tez yenilənir və burada hər kəs zövqünə uyğun hamburger, dondurma, salat tapa bilər. Müxtəlif əyləncələr və oyuncaqlar bu məkanı balaca qurmanlar üçün daha maraqlı edir.


