Cəfər Cabbarlının Teatr muzeyi
12 şəkil
Görkəmli dramaturg, teatrşünas, şair C.Cabbarlının ev-muzeyi ədibin 80 illik yubileyi ərəfəsində 1982-ci ildə açılmışdir. Muzeyin ümumi sahəsi 200 kv.m-dir və 7 otaqdan ibarətdir. Muzeydə 8 minə yaxın eksponat qorunub saxlanılır.
C.Cabbarlı 1899-cu ildə Xızı kəndində anadan olmuşdur və həmin kənddə də C.Cabbarlı muzeyi fəaliyyətdədir.
Bakının Yuxarı Dağlıq məhəlləsində yerləşən ev-muzeyində olan eksponatlar ədibin həyat və yaradıcılığını əks etdirir.
Hər il C.Cabbarlının anadan olduğu gün Azərbaycanın hər bir güşəsindən muzeyə yüzlərlə insanlar gəlir və xalqın dahi oğlunu yad edir.