Hüseyn Cavidin Ev Muzeyi
Görkəmli şair-filosof, dramaturq H.Cavidin ev-muzeyi Azərbaycan 1981-ci il 604 saylı qərarı ilə onun anadan olmasının 100 illiyi münasibətilə yaradılmışdır. Muzey əvvəlcə əlyazmalar institutunun binasında, sonralar isə şairin 1920-1937-ci illərdə yaşadığı binada yerləşdirilmişdir. Muzeyin yerləşdiyi bina tanınmış milyonçu H.Z.Tağıyev tərəfindən tikilmiş və burada müsəlman qadın məktəbi təşkil olunmuşdur. Məktəb 1918-ci ilədək fəaliyyət göstərmişdir.
Muzeyin ümumi sahəsi 245 kv.m-dir və burada 4250 eksponat qorunub saxlanılır. Muzeyin foyesində H.Cavidin adını daşıyan planetin təsviri verilmişdir. Otaqların biri "Cavid faciəsi" adlanır. Burada hər şey şairin həyatında olduğu kimi qalmışdır: yazı masası, sürgündə olarkən qohumlarına yazdığı məktublar və s.
Muzeydə müntəzəm olaraq, xatirə görüşləri keçerilir.
Izahatlar azərbaycan və rus dillərində aparılır.