Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
Bu muzey, başqa muzeylər kimi Azərbaycan hökümətinin 1976-cı il tarixli "Dahi ədəbiyyat və incəsənət xadimlərinin adlarına xatirə muzeyləri yaradılması” qərarına əsasən 1979-cu ildə təşkil olunmuşdir. Ədib 1937-1950-ci illərdə məhz indi Bakıda ev-muzeyu təşkil edilmiş mənzildə yaşamışdır. M.S.Ordubadi 1872-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra 4 il M.T.Sidqinin məktəbində oxumuşdur. O, 14 yaşında ikən atasını itirir. Sonra ipək fabrikində işləməyə başlayır. O, 15 yaşından ədəbi fəaliyyətə başlamış və 1903-cü ildən dərc olunmağa başlamışdır.
Ekspozisiya otaqlarında Ordubadinin şəxsi və ev əşyaları, ümumiyyətlə çoxlu miqdarda tarixi eksponatlar var. bu otaqlarda öz dahi əsərlətini yaratmışdır.
Bu otaqlarda Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Bülbül və s. kimi dahilər Ordubadinin qonağı olmuşlar. O, məhz bu otaqlarda öz dahi əsərlərini yaratmışdır.
Hal-hazırda muzeyin əməkdaşları Ordubadinin zəngin yaradıcılığını təbliğ edərək, müntəzəm olaraq müxtəlif görüşlər təşkil edirlər.
şlər təşkil edirlər.