Fotoreportajlar
"Shakatak" qrupunun konserti
Bakı Caz festivalı çərçivəsində H. Əliyev adına Sarayda ingilis caz qrupu "Shakatak" çıxış edəcək. "Shakatak" 1980 -ci ildə Londonda yaradılmışdır. Qrupun heyəti: klavişçi Bill Şarp, basçı Corc Anderson, gitaraçı Keyt Uinter, barabançı Rocer Odell, klavişçi Naycel Rayt (sintezator) və vokalçı Cil Syuard. ABŞ -da elə də böyük uğur qazanmasa da, qrup Britaniyada və belə kollektivlər bəyənilən Yaponiyada kifayət qədər populyar idi. 1992 -ci ildə onların «Open Your Eyes» albomu Britaniya çartlarına başçılıq edirdi.