Nizami ad. Dövlət Azərbaycan Ədəbiyyatı Muzeyi
Azərbaycan Ədəbiyyatı Muzeyi - 1945 ildə Nizaminin həyat və yaradıcılığını əks etdirən muzey kimi Bakıda tə"sis olunmuşdur. Muzeydə ən qədim zamanlardan müasir dövrədək Azərb. ədəbiyyatının inkişaf yolu əks etdirilir. 23 zaldan ibarət olan muzeyin ekspozisiyasında 4 mindən çox əlyazması, nadir kitab, yazıçıların xatirə əşyaları, portret, heykəl, illüstrasiya, miniatür, bədii işləmə və s. eksponatlar nümayiş etdirilir.
Nizaminin "İsgəndərnamə" poemasının 1413 ildə, Füzulinin "Bəngü - Badə" əsirinin 1569 ildə köçürülmüş əlyazma nüsxələri, M.F.Axundovun "A.S.Puşkinin ölümünə Şərq poemasının avtoqrafı və s. ən qiymətli eksponatlardandır. Muzeyin qədim və orta əsrlər Azərb. ədəbiyyatı, 19-20 əsrlər Azərb. ədəbiyyatı, bədii tərtibat, elmi-kütləvi şö"bələri var. Elmi fondlar şö"bəsində 70 minə yaxın qiymətli əşya qorunub saxlanılır.İsgəndərnamə