Abdulla Şaiqin Ev Muzeyi
6 şəkil
Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. Myzey 1990-cu ildə Abdulla Şaiqin oğlu Kamal Talıbzadənin təşəbbüsü ilə, Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaranmışdır. Muzey keçmiş Yuxarı dağlıq küçəsində, vaxtilə ədibin və onun ailəsinin yaşadığı binadakı mənzildə yerləşir.