Nine West
Nine West Group, Inc.qadınların gündəlik və qiyafələr üçün ayaqqabılarının dizayneri, yaradıcısı və ticarətçisidir və qadın ayaqqabılarının tam seçimini təqdim edir. Nine West (həmçinin 9 West) brendi dəbdəbəli topdan və pərakəndə satışla məşğul olan şirkətdir və yeriş istiqamətlərini cəld olaraq kütləvi istehlakçılar tərəfindən əldə edilə bilən stilə çevirməkl məhşurdur.
Ilkin olaraq ayaqqabı brendi kimi təsis edilmiş “Nine West” brendi öz ticarətini əl çantaları, günəş eynəkləri, qadın corabları, üst geyimləri, zərgərlik məmulatları, kəmərlər, saatlar, soyuq hava üçün aksessuarlar, papaqlar, şərflər və qoruyucu eynəklərin istehsalı ilə genişləndirmişdir.
Təsis edildiyi yerin - Nyu York şəhəri, 57ci küçə, Qərb 9 (9 West) adına adlandırılmış “NineWest” özünün ilk pərakəndə satış üzrə mağazasını 1983-cü ildə Stamford, Konnektikutda açmışdır.
Bundan sonra “Nine West” brendi 57 ölkədə 800-dən çox qlobal yerlərdə yerləşən beynəlxalq aləmdə tanınmış brendə çevrilmişdir.
“Nine West” brendi topdan satış və pərakəndə satış əməliyyatlarında əhəmiyyətli dərəcədə uğurlara imza atmışdır və şirkətin ayaqqabıları ümummilli müstəqil mağazalarda, şöbəlrdə və əlavə olaraq şirkətin şəxsi pərakəndə satış məntəqələrində mövcuddur.



