9 AY
3 şəkil
Azərbaycan XXI əsrə şən toy sədaları ilə qədəm qoyub. Öz-özünüzdən soruşun ki, son bir-iki ildə neçə qohumunuzun, dostunuzun, rafiqənizin və iş yoldaşınızın toyunda olmusunuz. Ailə fotoşəkəillərinin arxasına atılıb qalan toz basmış ?dəftərçəyə? və ya üst-üstə yığıb lentlə bağladığınız dəvətnamələrə baxmadan çətin ki, bu suala cavab verə biləsiniz.
Çox toylar olub və onların hamisi bir-birinə çox bənzəyib. Lakin bu oxşarlığın içində hər bir yeni qurulan ailəni əsl ailə edən çox vacib bir detal var ? Allah talaanın göndərdiyi övlad payı.
Bu əlamətdar hadisə çox məsuliyyətli 9 ayın tamamında baş verir. Həmin 9 ay ərzində gələcək analar həmişə olduğu kimi gözəl görünmək istəyir.
9 Ay butikini məhz bu məqsədlə yaratmışıq. Biz gələcək analara onların ən şıltaq kaprizlərinə əməl etməyə hazır olan klub butikində geyinmək şansı təklif edirik. Azərbaycanda ilk dəfə alıcıların diqqətinə hamilə qadınlar üçün yüksək keyfiyyətli ticarət markası təklif olunur. Biz yalnız müasir dəb dünyasının ən tanınmış adlarının işlətdiyi yüksək keyfiyyətli parçalardan istifadə edirik. Təklif etdiyimiz geyimlər Avropada yerləşən sexlərdə hazırlanır və bu da bizə incə zövqlü Azərbaycan gözəllərinin qarşısına inamla çıxmağa imkan verir.
Hamiləlik hər bir qadına yaraşır və onu daha da gözəlləşdirir. Bizim məqsədimiz bu gözəlliyi daha da artırmaqdır.