Nakhish
Sizin üçün bir şad xəbərimiz var! Böyük məmnuniyyətlə Sizə, “City Catering” şirkətinin yeni layihəsi olan və milli mətbəximizi yüksək səviyyədə təmsil edə biləcək “Nakhish” restoranını təqdim edirik! Xatırlatmaq və qeyd etmək istərdik ki, 7 il əvvəl biz, özünün yüksək səviyyəli xidməti və ləzzətli yeməkləri ilə Bakı sakinlərinin və şəhərimizin qonaqlarının rəğbətini qazanmış, ölkəmizin seçilən milli brendlərindən olan “Cafecity”-ni Sizlərə təqdim etmişdik! Tərəfdaşlarımızın və müştərilərimizin rəyləri və istəkləri, bizi yeni milli brend olan “Nakhish” restoranını açmağa, peşəkar və virtuoz aşpazlarımızın hazırladıqları milli mətbəximizin ən nəfis nümunələrini Sizlərə təqdim etməyə sövq etdi. Bu yerin əsas füsunkarlığı, “Naxış”ın ab-havası və milli ənənəvi koloritin peşəkar şəkildə tərənnüm edilməsindədir. Biz burada hər bir xırdalığı belə düşünərək, Sizin üçün özünüzü rahat hiss edəcək ecazkar bir məkan yaratmağa çalışmışıq.


