Fotoreportajlar
DJ Suhov @ Hezz Club
25 dekabr Hezz klubda Radio Europe Plus Russia rezidenti, Garage Sound System qış turu çərçivəsində Garage.fm DJ Suhov layihəsinin yaradıcısı çıxış edəcək. Elə həmin gecə paytaxtımızın qocalmayan Dj-lərindən biri DJ Rem musiqidə öz 15 illiyini və doğum gününü qeyd edəcək! Yaradıcılıq yubileyinin şərəfinə 15 in Music adlı iki kompakt diskin prezentasiyasını edəcək! Bütün qonaqlara hədiyyə olaraq disk və səbəbkarın bayram tortundan bir dilim veriləcək.
Həmçinin DJ Rem-i öz proqressiv setləri ilə Ukraynadan DJ Simon təbrikə gələcək!