Fotoreportajlar
Tofiq Qəzənfərin əsərlərinin sərgisi
Tofiq Qəzənfərin işlərindən ibarət sərgi 25 yanvardan 10 fevrala qədər "Art Garden" qalereyasında nümayiş etdiriləcək. Tofiq Qəzənfər beynəlxalq, Rusiya və respublika sərgilərinin iştirakçısıdır. Öz yaradıcılığında o, qarışıq texnikaya üstünlük verir. Onun əsərləri -lazımsızın "rədd edilməsi" metodu -ekspromtun nəticəsidir. Rəssamın "Rəfiqələr", "Gənc qızın portreti", "Bahar", "Qırmızı geyimli qadının portreti", "İçəri Şəhər" kimi işləri var.


