Filarmoniya
Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Dövlət Simfonik Orkestrı, Azərbaycan Dövlət Xor Kapellası, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, bu kollektivin nəzdində fəaliyyət gostərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestridir.
Filarmoniyada fəaliyyət göstərən kollektivin konsertlərindən başqa burada məşhur xarici solistlərin çıxışı keçirilir. Axırıncı iki il ərzində Azərbaycan Respublikası Nazirliyi tərəfindən müxtəlif filarmoniya kollektivləri ilə birlikdə xarici artistlər dəvət edilir.