Opera və Balet Teatrı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Birləşmiş Dövlət Teatrı kimi 1920 ildə yaradıldı. 1924 ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərb. və rus bölmələri ilə) oldu.
Azərbaycan milli opera sənatinin tarixi Ü.Hacıbəyovun 1908 il yanvarın 12(25)-ndə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqlaba qədərki dövrdə Z.Hacıbəyovun "Aşıq Qərib" (1916), M.Maqomayevin "Şah İsmayıl" (1919), operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, R.Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zəngınləşdi. 1940 -cı ildə ilk milli Azərbaycan baleti - "Qız qalası" (Ə.Bədəlbəyli) tamaşaya qoyuldu. "Vətən" (1945, Q.Qarayev və C.Haciyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Ə.Bədəlbəyli) operaları tamaşaya qoyuldu. 50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. Əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yəddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qiz" (1965, Ə.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu. 1928 -ci ildə teatra M.F.Axundovun adı verilmişdir. 1959 -cu ildən Akademik Opera və Balet Teatrı adlanır.