Azərbaycan Dövlət Akademik Milli Dram Teatr
M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (755 yer). 1873 il martın 10-u və aprelin 17-ndə H.B.Zərdəbi, N.B. Vəzirov və Ə.Adıgözalovun (Gorani) təşəbbüsü, M.F.Axundovun fəal iştirakı ilə Bakıda "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları səhnələşdirildi. Əvvəlcə 1920 ildə Birləşmiş Dövlət Teatrının Azərbaycan truppası yaradıldı; teatrda fəaliyyət göstərən bütün truppalar (Azərb., rus, erməni) birləşdi. 1922 ildə dram truppası Birləşmiş Dövlət teatrından ayrılaraq müstəqil teatra çevrildi. 1933 ildə teatra M.Əzizbəyovun adı verildi. 1960 -cı ildə tamaşalar teatrın indiki binasında göstərilməyə başladı.
20-ci illərdə M.F.Axundovun "Hacı Qara", C.Məmmədquluzadənin "Ölülər" , V.Şekspirin "Hamlet" , K.Trenyovun "Lyubov Yarovaya" və s. əsərləri tamaşaya qoyulmuşdur. 30-cu illərdə C.Cabbarlının "Almas", "Yaşar" , "Səyavuş" H.Cavid, S.Vurğunun "Vaqif" kimi klassik əsərlər tamaşaya qoyuldu. 40-ci illərdə "Vəfa" R.Rza, "Məhəbbət" M.İbrahimov, "Fərhad və Şirin" S.Vurğun və s. əsərlər tamaşaya qoyuldu. 50-ci illərdə "Otello" -V.Şekspir, "Ailə namusu" -H.Muxtarov və s.əsərlər tamaşaya qoyulmuş, 60-ci illərdə "Antoni və Kleopatra" -V.Şekspir, "İkinci səs" -B.Vahabzadə və s. tamaşalar səhnələşdirilmişdir.
Teatr Lenin ordeni (1974) və Qırmızı Əmək Bayrağı ordeni (1949) ilə təltif edilmişdir.