Fellini
1 şəkil
"Fellini" restoranı - bu məkan şəhərin qayğılarını unutduran və insanı sakit istirahət atmosferinə qərq edən Bakıda az rast gəlinən yerlərdən biridir. Restoranın dizayn və üslub tərtibatında zəriflik cə sadəlik ustalıqla uyğunlaşdırılıb. Ümumi rəng qamması qəhvəyi -bozumtul çalarlardadır. Gündüz vaxtı restoran iş görüşləri, nahar və söhbət üçün ideal məkandır, axşamlar isə dostlar əhatəsində istirahət etmək olar. Restoranın mətbəxi - italyan kulinar ənənələri ilə aşpazın fantaziyasının uyğunluğudur. Dad və ətirin ahəngi zövqünüzü oxşayacaq.



