Fotoreportajlar
"Global Village" sərgisi
AİESEC Azərbaycan tərəfindən təşkil olunmuş Global Village adlı sərginin açılışı martın 9-u saat 18.00-da Park Bulvar-da. "Global Village" tədbirinin məqsədi dünya xalqlarına mədəniyyətlərini müxtəlif rəqslərlə, yeməklərlə, adətlərlə və s. vasitələrlə göstərməyə imkan yaratmaqdır. Gənclər tərəfindən təşkil olunan bu tədbir yerli və xarici vətəndaşlara adət-ənənələrinin, mədəniyyətlərinin təbliği vasitəsilə ölkəmizdə mədəni müxtəlifliyin çoxalmasına, Azərbaycan cəmiyyətinin mədəni həssaslıığının artırılmasına yardım edir, habelə, tolerantlıq anlayışının yaranmasına xidmət edir. 60 dəqiqəyə bütün dünyaya baxın!


