Fotoreportajlar
Elmira Hüseynovanın xatirəsinə həsr edilmiş sərgi
Azərbaycanın əməkdar heykəltəraşı Elmira Hüseynovanın xatirəsinə həsr edilmiş sərgi 13 mart 18:00-da qalereya "1969"da baş tutacaq. Elmira Hüseynova Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (1954) və Leninqrad (Sankt-Peterburq) İ. Repin adına Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu (1960) bitirmişdir. Onun "Kolxozçu", "Fəhlə", "Ailə", "C.Cabbarlı", "Ana", "Rəsul Rza" və başqa əsərləri yığcam plastik forma və orjinallığı ilə fərqlənir.


