Fotoreportajlar
"Baharın nəfəsi" sərgisi
Aprel ayının 17-də, “Art Villa” qalereyasında “Baharın nəfəsi” adlı sərginin açılışı olacaq. Sərgi Art Councıl Azerbaijan təşkilatı tərəfindən təşkil olunub. Burada müxtəlif rəssamların yaratdığı rəngarlıq nümunələri təqdim olunacaq. “Baharın nəfəsi” adlı sərgi ilin ən gözəl fəsillərindən biri olan “Bahar” fəslinə həsr olunub. Müxtəlif növ kompozisiyalar təqdim olunacaq. Onların sırasında natürmort, mənzərə, portret janrında işlənilmiş əsərlərlə rastlaşa bilərik.


