Fotoreportajlar
Mircavad Mircavadovun sərgisi
Azərbaycan Milli İncəsənət Muzeyində 20-ci əsrin 2-ci yarısının məşhur rəssamı Mircavad Mircavadovun sərgisi keçiriləcək. Onun yaradıcılığı həyat, ölüm, xeyir və şər, hisslər, duyğular əsasında qurulub. Sərgidə rəsm əsərləri nümayiş etdiriləcək. Rəssam 19 yanvar 1923-cü ildə Bakıda anadan olub. Özünün son əsərini rəssam 1990-cı il Venada "Betxoven" oteldə çəkib.


