Cıdır
Dəbdəbəli "Cidir" restoranı ləzzətli mətbəx, xoş ab-hava və komfortlu istirahəti sevənləri dəvət edir. Üç zal xidmətinizdədir -Avropa, Şərq və Banket, həmçinin açıq yay terrası. 130-140 nəfər üçün nəzərdə tutulan Şərq zalında milli rahatlıq və kolorotli ciddi Bakı ab-havası hökm sürür. Azərbaycan xalçaları, daş hörmələr, gözəl, şərq üslublu çardaq, bir çox milli dekorativ elementlər: qablar, çıraqlar, xalçalar. Bura gələrək siz qədim zamanlara dönəcəksiniz. Yumşaq işıq, rahat divanlar, milli musiqi, sakit şərait zövq verəcək. Burada ləzzətini unuda bilməyəcəyiniz yeməklər verilir: müxtəlif plovlar, geniş çeşiddə kabablar və qutablar, balıq yeməkləri, məzələr və ləzzətli şərablar.
Restoranın ikinci mərtəbəsində yerləşən Avropa zalı öz qonaqlarını dəbli, yenilənmiş dizaynla qarşılayır. Müasir, Avropa üslubunda tərtib edilən zal 230-250 nəfərlikdir. Burada Tünzalə Ağayeva, Samira, Ülviyyə kimi Azərbaycanın estrada ulduzlarının ifasında xoş caz musiqilər, populyar kompozisiyalar dinləyə biləcəksiniz: rəngarəng avropa menyusu, maraqlı şou-proqram, artistlərin, sehirbazların çıxışı istənilən mərasimi bəzəyəcək.
Restoranın 400 nəfər üçün nəzərdə tutulmuş yay terrasında şam edərək axşam mehindən zövq alacaqsınız.
"Cidir" restoranında klassik avropa yeməkləri, milli yeməklər, yüksək səviyyəli xidmət, xoş ab-hava sizi gözləyir. Komfortlu istirahət sevərlər, bura ürəyinizcə olacaq!



